Moldova – Azərbaycan oyununun vaxtı açıqlandı
19.10.2022 - 13:11
![Moldova – Azərbaycan oyununun vaxtı açıqlandı](https://ww3.apasport.az/storage/news/2022/october/19/big/634fbf757d774634fbf757d7751666170741634fbf757d771634fbf757d773.jpg)
Azərbaycan millisinin növbəti oyununun vaxtı açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Noyabrın 16-da baş tutacaq Moldova - Azərbaycan görüşünün başlama vaxtı dəqiqləşib. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, qarşılaşma Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək.
0
0