Mourinyo fantastik məbləği rədd edib
04.11.2024 - 16:33
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanından təklif alıb.
Apasport.az xəbər verir ki, bu mövsüm əsas liqaya yüksələn “Əl Qadisiya” portuqaliyalı mütəxəssisə illik 50 milyon avro maaş təklif edib.
“Fənərbaxça”dan əvvəl ərəblərdən təklif alan Mourinyonun cavabı “yox” olub. O, daha sonra Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.
“Fənərbaxça” Super Liqada 11 turdan sonra 25 xalla 2-ci sıradadır.
- "Araz-Naxçıvan" azarkeşlərə görə 2500, "Turan Tovuz" isə 5700 manat cərimələnib
- Boksçularımız Avropa birinciliyində iştirak edəcəklər
- UEFA-dan Kamal Umudluya növbəti təyinat
- Basketbol Liqasında son turun proqramı müəyyənləşib
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
0
0