“Roma” cari mövsümdə ilk dəfə böyük hesabla uduzub.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi İtaliya A seriyasının V turunda “Udineze”yə 0:4 hesabı ilə məğlub olub.
Bu, “canavarlar”ın baş məşqçisi Joze Mourinyonun İtaliya çempionatındakı ən ağır məğlubiyyətidir. Antirekorda üzülən portuqaliyalı A seriyasında heç vaxt 4 və ya daha çox top fərqli yenilgi ilə üzləşməyib.
Onun məşqçilik karyerasında isə üçüncü dəfə belə hal yaşanıb. Mourinyolu “Real” “Barselona”ya 0:5, “Mançester Yunayted” isə “Çelsi”yə 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis A seriyasında avqustun ən yaxşı məşqçisi seçilib.
- Osimhenin zədədən qayıdacağı vaxt müəyyənləşdi - ÖZÜ AÇIQLADI
- Kadetlər arasında zona birinciliyinin final mərhələsi keçiriləcək
- “Abşeron Lions” heyətini yeni oyunçu ilə gücləndirib
- Millimiz Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir