Mövsümdə ilk, “Neftçi” üçün 150-ci
24.08.2026 - 10:23
Mövsümdə ilk, “Neftçi” üçün 150-ci

Misli Premyer Liqasının 2026/27 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.

Apasport.az xəbər verir ki, II turun “Neftçi” – “Araz-Naxçıvan” görüşündə meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib.

Bu, paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsi olub. “Ağ-qaralar” 98 dəfə evdə, 52 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qələbə qazanıb.

Qeyd edək ki, “Neftçi” ilk belə qələbəsini Şamaxının “Şirvan” klubu üzərində qazanıb. 1992-ci il mövsümündəki qarşılaşma 8:1 hesabı ilə başa çatıb.