
Azərbaycan çempionatında 2023/24 mövsümünün rekordu qeydə alınıb.
Apasport.az xəbər verir ki, bu, II Liqanın XI turuna təsadüf edib. “Göygöl” – “Şəmkir” matçı mövsümün ən məhsuldar oyunu olub.
Bu görüşdə 10 qol vurulub. Meydan sahiblərinin 8:2 hesabı ilə qalib gəldiyi matça qədər mövsümün heç bir qarşılaşmasında qol sayı ikirəqəmli ədədlə ifadə olunmamışdı.
Premyer Liqa, I Liqa, II Liqa və Əvəzedicilər liqasının arxada qalan hissəsinin əvvəlki rekordu 9 qolun vurulduğu iki matçda qeydə alınmışdı. Bu, II Liqanın “Kür-Araz” - “Kürmük Qax” (6:3) və “Şahdağ Qusar” – “Dinamo” (9:0) oyunlarına təsadüf edib.
10 və ya daha çox qolun vurulduğu son matç 2022/23 mövsümündə baş tutmuşdu. I divizionun bu il martın 30-da keçirilən “Turan Tovuz-2” – “Araz-Naxçıvan” qarşılaşmasında qonaqlar 6:5 hesablı qələbə qazanıb.
- Vüsal İsgəndərli: "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim" - Müsahibə
- Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq quruma üzv qəbul edilib
- Ronaldodan Parisə yatırım - “Pestana CR7”
- Sulşerli "Beşiktaş" "Neftçi"nin futbolçuları ilə görüşüb
- 17 taekvondoçumuz Belçikaya yollandı