Mövsümün azarkeş rekordu qeydə alınıb
07.10.2024 - 20:54
Misli Premyer Liqasının IX turunda keçirilən "Sumqayıt" - "Qarabağ" (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.
Apasport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçı 7000 tərəfdar izləyib.
Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. V turun "Turan Tovuz" - "Səbail" oyununu 5500 azarkeş tribunalardan canlı izləmişdi.
- Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq
- “Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə
- Millimizin üzvü oynamadı, komandası heç-heçə etdi
- III MDB Oyunları: Azərbaycanın daha bir atıcısı gümüş medal qazanıb
- Böyüklər arasında Bakı şəhər çempionatı başa çatıb
0
0