Müller: “Hər oyunçu bizə qoşulsaydı...”
26.05.2022 - 17:58
Sadio Manenin “Liverpul”dan “Bavariya”ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə Almaniya klubunun futbolçusu Tomas Müller də biganə qalmayıb.
Apasport.az saytının məlumatına görə, almaniyalı ulduz seneqallının transferini şayiə adlandırıb.
Müller belə söz-söhbətlərin adi hal olduğunu bildirib: “Əgər haqqında şayiə gəzən hər oyunçu bizə qoşulsaydı, hər mövsümdə bizim heyətdə 45 futbolçu olardı. İyunun əvvəli Zebenerdəki bazaya gələcəm. Onda görək başqa kimlər var”.
Qeyd edək ki, Sadionun Münhen klubuna mövsümün sonunda keçəcəyi iddia olunur.
- Sərxan Hacıyev: “Elmar Məmmədyarov yanlış başa düşüb, komanda sayı dəyişməyəcək"
- "Beşiktaş" və "Fənərbaxça" yarımmüdafiəçi üçün mübarizə aparır
- Dünya mediası "Qızıl top" barədə nə düşünür? - ARAŞDIRMA
- “Fənərbaxça”dan apelyasiya qərarı
- Yeniyetmə parabadmintonçumuz Avropa çempionatının YARIMFİNALINDA - FOTO
0
0