
“Rusiya futbolu üçün darıxmıram”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı mütəxəssis yerli mətbuata açıqlama verib. “Krasnodar”ın sabiq baş məşqçisi keçmiş komandası və Rusiya futbolu barədə danışıb: “İndi bütün fikrim öz işimi yaxşı görməklə bağlıdır ki, bizim komandamız avrokuboklara düşsün. Çox şeyi dəyişib, irəli addım ata bilmişik. Vacib olan bütün bunları sabitləşdirməkdir. İş çoxdur, darıxmağa vaxt yoxdur. “Krasnodar”ı həmişə xatırlayacam. Bu klub mənim bir parçamdır. “Krasnodar” barədə yalnız müsbət xatirələrim var”.
Qeyd edək ki, Musayev Rusiya Futbol İttifaqında UEFA-nın “Pro” məşqçilik kateqoriyası alıb. O, Aleksandr Kerjakov, Sergey İqnaşeviç, Vasili və Aleksey Berezutski qardaşları ilə birlikdə 2020-ci ildən keçdiyi kursları müvəffəqiyyətlə başa vurub.
- Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcəklər
- Azərbaycan - Yunanıstan oyununun təyinatları açıqlanıb
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- "Fənərbaxça"dan Stefan Saviçə TƏKLİF
- Bakı klubu amerikalı oyunçu ilə gücləndi