Musa Qurbanlı milliyə çağırıldı
14.03.2024 - 12:11
![Musa Qurbanlı milliyə çağırıldı](https://ww3.apasport.az/storage/news/2024/march/14/big/65f2b10690d8365f2b10690d84171040384665f2b10690d8165f2b10690d82.jpeg)
"Yurqorden"in futbolçusu Musa Qurbanlı Azərbaycan millisinə çağırılıb.
Apasport.az xəbər verir ki, bu barədə İsveç klubu məlumat yayıb.
Xatırladaq ki, millimiz “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də Bakıda Monqolustana, martın 25-də isə Bolqarıstana qarşı oynayacaq.
Qeyd edək ki, M.Qurbanlı ötən ilin iyulundan "Yurqorden"də oynayır.
0
0