"Şerif"in kapitanı Mussa Kiabu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Zirə" ilə ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, malili yarımmüdafiəçi yaxşı nəticəyə ümid etdiklərini bildirib:
"Bir neçə həftədir ki, bu görüşə hazırlaşırıq. Avrokubokda ilk matçımızdır. Komandaya yeni qoşulanlar var. Bizim vəzifəmiz onlara ailənin əhatəsində olduqlarını hiss etdirməkdir. Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, sabah “Şerif” İdman Kompleksində keçiriləcək "Şerif" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- "Mançester Siti"nin planı
- Dmitri Yeremeyev: “AFFA-dakılar futbolun nə olduğunu bilmirlər” - OFSAYD
- Türkiyəli mütəxəssis Bakıda kamandan oxatma hakimliyi üzrə təlimlər keçib - FOTO
- “Qarabağ” yenidən Avropada: Medal da təmin olundu
- "Liverpul" "Sportinq"in çalışdırıcısı Amorim üçün yarışa liderlik edir