Namik Ələskərov Azərbaycana qayıtdı
17.06.2022 - 10:39

Namik Ələskərov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü “Sabah”a keçib.
Paytaxt təmsilçisi sosial şəbəkə vasitəsilə bu keçidi açıqlayıb. Ötən mövsümü Türkiyə TFF I liqasında “Bursaspor”un heyətində keçirən Ələskərov yeni komandası ilə 3 illik müqavilə imzalayıb. O, “Sabah”da 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Sabah” ona qədər Tellur Mütəllimov, Anatoli Nuriyev və Davit Volkovu transfer edib. Nicat Mehbalıyev isə “Qəbələ”dən icarədən qayıdıb.
- Vaqif Cavadov: “Başımızı aşağı salıb yolumuza davam edəcəyik”
- Voyislav Stankoviç: "Neftçi"nin fasiləsindən sonra necə olacağını bilmirəm” - MÜSAHİBƏ
- "Bavariya"dan "Beşiktaş" faciəsini unutduran qələbə
- 2 boksçumuz dünya çempionatında növbəti mərhələdə
- Daha 3 güləşçimiz Təsnifat turnirində yarımfinala yüksəlib
0
0