Bu gün gənclər və idman nazirinin müavini Marina Vasileva vəzifəsindən azad olunub.
O, işdən azad olunması barədə Prezident sərəncamı barədə vətəndaş qəbulunda olanda məlumat alıb və qəbulu tərk etməli olub.
Sərəncamdan sonra diqqətçəkən və təəccübləndirən isə nazir Fərid Qayıbovun paylaşımı olub.
Qayıbov instaqram hesabında keçmiş nazir müavini ilə selfisini paylaşıb və hər hansı şərh verməyib. Nazirin bu davranışı sosial mediada müzakirələrə səbəb olub.
Qeyd edək ki, keçən il dekabrın 31-də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Etika Fondu Vasilevayanı “gimnastlara qarşı zorakılıq və fiziki təzyiq göstərmək"də günahlandırıb. Ona
8 il müddətinə hər hansı FIG və ya digər beynəlxalq tədbirlərdə iştirak etmək, həmçinin, FIG ilə əlaqəli hər hansı federasiyada baş məşqçi olmaq ömürlük qadağan edilib.

- Azərbaycan idmançısı Avropa çempionu oldu
- Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB
- Premyer Liqada mövsümün rekordu təkrarlandı
- Azərbaycanın 7 gimnastı beynəlxalq yarışda finala vəsiqə qazanıb
- İlin ən yaxşı qadın futbol hakimi bəlli olub