"Neftçi" 87 yaşında
18.03.2024 - 10:02
!["Neftçi" 87 yaşında](https://ww3.apasport.az/storage/news/2024/march/18/big/65f7d898d174165f7d898d1742171074165665f7d898d173f65f7d898d1740.png)
Bu gün Azərbaycanın ən qədim peşəkar futbol klubu olan "Neftçi"nin yarandığı gündür.
Apasport.az xəbər verir ki, klubun 87 yaşı tamam olur.
"Neftçi" 1937-ci ilin martın 18-də "Neftyanik" adı ilə fəaliyyətə başlayıb. 1966-cı ildə SSRİ bürünc medallarını qazanan "Neftyanik" 2 il sonra öz milli – "Neftçi" adına qovuşub.
"Neftçi" 9 dəfə Azərbaycan çempionu, 6 dəfə ölkə kubokunun və 2 dəfə ölkə Superkubokunun qalibi olub.
0
0