
“Neftçi” növbəti transferini reallaşdırıb.
Klubdan apasport.az saytına verilən məlumata görə, braziliyalı futbolçu Yuri Matiasla 2 illik müqavilə bağlanıb.
28 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 44 nömrəli formanı geyinəcək.
Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edib. O, 2021/2022 mövsümündə “ÇFR Kluj”la Rumıniya çempionu olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl millinin üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.
- Millimiz Macarıstana qarşı - YENİLƏNİR
- “Qarabağ” Monteneqro millisinin futbolçusunu istəyir
- “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
- 1/8 finalçılar, şansları davam edənlər və turnirlə vidalaşanlar - SİYAHI
- Avropa Kuboku: “Sabah” 3-cü matçında da məğlub oldu