"Neftçi" daha bir futbolçusunu yola salır
01.01.2025 - 13:47
"Neftçi"də növbəti ayrılıq baş tutub.
Apasport.az-ın məlumatına görə, "ağ-qaralar" Mark Tamaşla yollarını ayırıb.
31 yaşlı macarıstanlının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Tamaşla bir neçə klubun maraqlandığı bildirilir.
2023-cü ildə paytaxt klubuna keçən Tamaşın müqaviləsi 2025-ci ilin yayında başa çatmalı idi.
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- “Neftçi” və “Beşiktaş” arasında əməkdaşlıq protokolu
- Laurentsiu Regekampf: "Mənə dedi ki, nəfəs ala bilmirəm" - MÜSAHİBƏ
- "İnter"lə matçda huşunu itirən futbolçunun son durumu açıqlanıb
- Azərbaycan çempionatının start vaxtı dəqiqləşdi
0
0