“Neftçi” “İmişli”ni meydana çıxmağa peşman etdi - YENİLƏNİB
20.03.2026 - 21:03
“Neftçi” “İmişli”ni meydana çıxmağa peşman etdi - YENİLƏNİB

Misli Premyer Liqasında XXV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçı Bakıda baş tutub.

"Neftçi" öz meydanında "İmişli" ilə qarşılaşıb. Görüş "ağ-qaralar"ın aşkar üstünlüyü ilə keçib. Komanda 6:0 hesablı darmadağına imza atıb.

Misli Premyer Liqası
XXV tur

19:15. "Neftçi" – "İmişli" 6:0
Qollar: B. Almeyda, 12, İ, Fərəc, 15, 40, E. Səfərov, 19, 60, E. Mahmudov, 55

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abasov.
"Palms Sports Arena"