![“Neftçi” legioneri ilə yollarını ayıracaq](https://ww3.apasport.az/storage/news/2024/may/06/big/6638d7aaeb2a26638d7aaeb2a317150012586638d7aaeb2a06638d7aaeb2a1.jpg)
“Neftçi” yayda bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Apasport.az-a verilən məlumata görə, “ağ-qaralar”ın yollarını ayıracağı futbolçulardan biri də Dieqo Valdez ola bilər.
Belə ki, etimadı doğrultmadığı üçün paraqvaylı futbolçu ilə işbirliyinə davam edilməyəcəyi gözlənilir.
30 yaşlı yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
“Ağ-qaralar” onunla müqavilə müddətini artırmaq hüququna malik olsa da, Valdezlə yola davam etmək planlaşdırılmır.
Qeyd edək ki, Valdez “Neftçi”dən qabaq “San Luis”(Meksika), “Sol de Amerika”, “Quarani”, “Quayrena”(hamısı Paraqvay) komandalarında oynayıb.