
“Neftçi” “Matç TV” beynəlxalq turnirində sonuncu oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu yeni mövsümün hazırlığı çərçivəsində qatıldığı yarışda Türkiyə təmsilçisi "Fənərbaxça" ilə qarşılaşıb.
Bu matç Adrian Mutunun “Neftçi”nin baş məşqçisi postunda qeyri-rəsmi debütü ilə əlamətdar olub. Paytaxt təmsilçisi "Smena" stadionunda baş tutan görüşdən məğlub ayrılıb. Matçın sonlarında hesabı açan İstanbul klubu 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, əvvəlki iki görüşə baş məşqçisiz çıxan "ağ-qaralar" Rusiya "Zenit"inə 1:3, Serbiya "Srvena Zvezda"sına 0:4 hesabı ilə məğlub olub.
- "Qarabağ" "Flamenqo"nun təklifini rədd etdi - Juninyo transferində son dəqiqə
- Hakimlər üçün VAR təkmilləşdirmə kursları keçirilir
- "Qarabağ"ın "Qalatasaray"la oyunu üçün plastik su qablarına icazə veriləcək
- "Qarabağ"ın ÇL-dəki rəqibi "Fənərbaxça"nın futbolçusunu istəyir
- “Bu qələbə mənə böyük inam verir”