“Neftçi” – “Qarabağ” matçında rekord
02.12.2024 - 10:42
![“Neftçi” – “Qarabağ” matçında rekord](https://ww3.apasport.az/storage/news/2024/december/02/big/674d5413cbd82674d5413cbd831733121043674d5413cbd6f674d5413cbd81.jpeg)
Misli Premyer Liqasında XV turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Apasport.az xəbər verir ki, ən yüksək göstərici “Neftçi” – “Qarabağ” oyununda qeydə alınıb.
“Neftçi Arena”da baş tutan görüşdə tribunalarda 7069 tamaşaçı yer alıb.
Ən aşağı göstərici isə Mərdəkanda olub. “Liv Bona Dea Arena”da keçirilən “Araz-Naxçıvan” – “Turan Tovuz” matçını 200 tamaşaçı tribunadan izləyib.
0
0