“Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı
12.03.2024 - 11:22
![“Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı](https://ww3.apasport.az/storage/news/2024/march/12/big/65f002b94199065f002b941991171022815365f002b94198e65f002b94198f.jpg)
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, qarşılaşmalar aprelin 2-də və 3-də gerçəkləşəcək.
İlk gündə əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” birincilərin meydanında üz-üzə gələcəklər. Ertəsi gün “Qəbələ” paytaxtda “Zirə”nin qonağı olacaq.
Azərbaycan Kuboku
Yarımfinal
2 aprel (çərşənbə axşamı)
20:00. “Neftçi” – “Qarabağ”
“Neftçi Arena”
3 aprel (çərşənbə)
19:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu
0
0