”Neftçi” - “Qarabağ” oyununun vaxtı bəlli oldu
13.03.2026 - 22:10
”Neftçi” - “Qarabağ” oyununun vaxtı bəlli oldu

Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" görüşünün keçiriləcəyi tarix və saat müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

"Palms Sports Arena"da baş tutacaq qarşılaşma 30 aprel saat 20:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.