![“Neftçi” “Rapid”in sabiq baş məşqçi ilə müqavilə imzaladı](https://ww3.apasport.az/storage/news/2022/july/29/big/62e3c28bdc66062e3c28bdc661165909364362e3c28bdc65e62e3c28bdc65f.jpg)
“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.
Apasport.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, köməkçi məşqçi Nikolay Qriqori ilə 2 illik müqavilə bağlanıb.
O, 1983-cü il iyulun 19-da Rumıniyanın paytaxtı Buxarestdə anadan olub. Futbolçu kimi ölkəsinin milli komandasının da üzvü olmuş Qriqori 2018-ci ildə məşqçiliyə başlayıb. 2018-2020-ci illərdə Buxarest “Rapid”inin U-17 komandasında baş məşqçi, əsas komandasında köməkçi məşqçi işləyib. 2020-ci ildə Rumıniya U-21 milli komandasında köməkçi məşqçi kimi çalışmış mütəxəssis 2020/2021 mövsümündə “Rapid”in baş məşqçisi olub.
2021-ci ildə “Universitatya Krayova”da baş məşqçi Laurentsiu Regekampfın köməkçisi olan Nikolayın sonuncu klubu “Metaloqlobus” (2021-2022) olub.
Qeyd edək ki, bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, 54 yaşlı Florin Tene isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.