“Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılacaq
14.08.2025 - 14:30
“Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılacaq

Misli Premyer Liqasının I turu çərçivəsində keçiriləcək “Neftçi” – “Şamaxı” matçının biletləri oyundan bir gün əvvəl satışa çıxarılacaq.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiymətləri 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst” sektoru), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edəcək.

Biletləri stadionun kassasından əldə etmək mümkün olacaq.

Kassa avqustun 15-i saat 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan oyun saatına qədər işləyəcək.

Qeyd edək ki, mövsümlük biletləri isə onlayn şəkildə https://bilet.neftchi.az saytından əldə edə bilərsiniz.