!["Neftçi" - "Səbail" matçının biletləri satışa çıxarıldı](https://ww3.apasport.az/storage/news/2024/march/12/big/65f08c921e73765f08c921e738171026344265f08c921e73565f08c921e736.jpg)
Misli Premyer Liqasının 27-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Səbail” oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, qiyməti 2 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/.../sport/neftci-pfk-sebail-fk005/112877
“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, "Neftçi" - "Səbail" qarşılaşması martın 15-i saat 19:00-da “Neftçi Arena”da baş tutacaq.