"Neftçi" Serbiya nəhəngi ilə oynayacaq
13.12.2022 - 21:01
!["Neftçi" Serbiya nəhəngi ilə oynayacaq](https://ww3.apasport.az/storage/news/2022/december/13/big/6398b0c8a4f596398b0c8a4f5a16709511126398b0c8a4f556398b0c8a4f57.jpg)
“Neftçi” PFK-nın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” yanvarın 4-dən 20-dək Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışı keçəcək.
Komandamız qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Myeç” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
0
0