"Neftçi" Türkiyə klubu ilə qarşılaşacaq
06.01.2024 - 12:29
!["Neftçi" Türkiyə klubu ilə qarşılaşacaq](https://ww3.apasport.az/storage/news/2024/january/06/big/6599054faa58f6599054faa59017045271836599054faa58d6599054faa58e.jpg)
Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən "Neftçi" bu gün ilk yoxlama oyununa çıxacaq.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, "ağ-qaralar" “Erzurumspor” ilə qarşılaşacaq.
Türkiyə təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Miodraq Bojoviçin komandası yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək.
Qeyd edək ki, yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.
- Üzgüçülərimiz beynəlxalq turnirdə 2 qızıl medal qazanıblar
- "Sumqayıt"ın baş məşqçisi: "Rəqibin təklif etdiyi templə ayaqlaşa bilmədik"
- Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan
- Dövlət başçısı Beynəlxalq Şahmat Federasiyasının Prezidentini qəbul edib
- FIFA 2022-nin ən yaxşı futbolçusu adına namizədləri açıqladı
0
0