“Neftçi” üçün 4 variant
07.08.2023 - 11:27
Bu gün Konfrans Liqasında pley-offun püşkü atılacaq.
Apasport.az saytının məlumatına görə, UEFA tədbirdən öncə iştirakçıları qruplara bölüb.
“Neftçi”nin də mümkün rəqibləri azalıb. III təsnifat mərhələsində “Beşiktaş”la qarşılaşacaq “ağ-qaralar”ın cütü səpələnməmişlər səbətində yer alacaq.
Bakılıların mümkün rəqibləri “Gent” (Belçika) – “Poqon” (Polşa), “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan), “Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütləri və “Lill” (Fransa) klubudur.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
- "Qalatasaray"da almaniyalı sol cinah müdafiəçisi
- Lukas Afriko: "Qarabağ"ın futbolçusu qarşılaşdığım ən yaxşı hücumçudur" - Müsahibə
- Dünyanın ən yaxşı liqaları - Azərbaycan və Türkiyə...
- “Bayer” “Siti”nin yarımmüdafiəçisini icarəyə götürüb
- Həbib Nurməhəmmədov: "Azərbaycanda keçirdiyim günlər heyrətamiz idi"
0
0