“Neftçi” və “Beşiktaş” rəsmiləri arasında İstanbulda görüş keçirilib.
Apasport.az-ın məlumatına görə, iki klub əməkdaşlıqla bağlı protokol imzalayıb.
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Beşiktaş” – “Neftçi” oyunu ərəfəsində İstanbul təmsilçisinin təşkilatçılığı ilə rəsmi yemək olub. Rəsmi yeməkdən sonra “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov və “Beşiktaş”ın ikinci prezidenti Engin Baltacı bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Daha sonra iki klub arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb. Razılaşmaya əsasən, “Neftçi” və “Beşiktaş” arasında gələcəkdə əsas komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi, akademiya məşqçiləri və futbolçuları arasında təcrübə mübadilələrinin aparılması, həmçinin media, marketinq və digər sahələrdə bir-biri ilə qarşılıqlı əməkdaşlıq edəcək, təcrübələrini bölüşəcəklər.
Qeyd edək ki, “Beşiktaş” – “Neftçi” matçı saat 22:00-da start götürəcək.
- Lunyovun meneceri: “Lunyovun 200 min avroluq maaşı reallığı əks etdirmir”
- Braziliya Serbiyanı məğlub etdi - YENİLƏNİB
- Oyun alqı-satqısı ilə ittiham olunan Kantariya: "Hər şey alt-üst oldu"
- "Təhlükəsiz idman hamı üçün" mövzusunda keçirilən seminara yekun vurulub
- Gəncədə üzgüçülük üzrə “ASF Ganja Cup 2025” turniri keçiriləcək