"Neftçi" yarımfinalda - YENİLƏNİB
09.02.2024 - 21:07
!["Neftçi" yarımfinalda - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/february/09/big/65c5c1c9c86ca65c5c1c9c86cb170745901765c5c1c9c86c865c5c1c9c86c9.jpg)
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, 1/4-in son cavab oyununda "Neftçi" "Sumqayıt"la qarşılaşıb.
Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Beləliklə, turu keçən "flaqman" yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
9 fevral
19:00. “Neftçi” – “Sumqayıt” 1:1
Qol: F. Ozobiç, 26, Kehat, 40
İlk oyun - 3:2
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”
0
0