"Neftçi" yenə Türkiyədə qələbə qazana bilmədi - VİDEO
15.01.2023 - 14:39
"Neftçi" Türkiyənin Antalya şəhərində keçirilən ikinci yoxlama oyununda məğlub olub.
Apasport.az xəbər verir ki, "Neftçi" Polşa Ekstraklasasının debütantı "Meç"lə oyunda Ağadadaş Salyanski ilə 15-ci dəqiqədə hesabda öndə olsa da, polyaklar geridönüş edə bilib.
Leqnitsa şəhərinin təmsilçisinin çilili hücumçusu Anqelo Enrikes 49 və 53-cü dəqiqələrdə qol vuraraq "Meç"ə 2:1 qələbə qazandırıb. Yanvarın 19-da "Neftçi" sonuncu yoxlama oyununda "Srvena Zvezda" ilə qarşılaşacaq.
Qeyd edək ki, "Neftçi" ilk yoxlama matçında Macarıstanın "Vaşaş" komandası ilə 1:1 heç-heçə etmişdi.
- Renatlı "Hatayspor" son dəqiqələrdə büdrədi
- Erməni boksçunu məğlub edən avropa çempionumuz: “Başa düşürdüm ki, finalda qalib gəlməliyəm”
- Unai Simon turnirin ən yaxşı qapıçısı seçildi
- Şahruddin Məhəmmədəliyev: "Avropa Liqasında “Qarabağ”ın məğlub edə bilməyəcəyi komanda yoxdur" - Müsahibə
- "Qəbələ"də yeni transfer
0
0