"Neftçi" yeni baş məşqçisini açıqlayacaq: Müqavilə müddəti
09.12.2025 - 11:33
Ötən ay Samir Abasovla yollarını ayıran "Neftçi" yeni baş məşqçisini ictimaiyyətə təqdim etməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, müvafiq posta ukraynalı mütəxəssis Yuri Vernidub gətirilib.
59 yaşlı məşqçi ilə 1 il yarımlıq müqavilə imzalanacaq. Əvvəlcə danışıqlarda ona yaya qədər komandaya rəhbərlik etmək təklif olunsa da, ukraynalı bununla razılaşmayıb.
Dünən Misli Premyer Liqası çərçivəsində baş tutan "Sabah"-"Neftçi" (2:0) matçını stadiondan izləyən Yuri Vernidub rəsmi müqavilə imzalandıqdan sonra komandanı təhvil alacaq.
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- Rahid Əmirquliyev: "Ayaks"ın adı hər kəsə məlumdur"
- İtaliyada gürcü futbolçunun adını uşağa qoydular
- Çempionlar Liqası: Ən çox azarkeş “Qarabağ” – “Lex” matçında olub
- Boksçularımız MDB Oyunlarına hazırlığı Çində davam etdirəcəklər
0
0