Bu gün "Neftçi" PFK ilə Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd olunub ki, "Neftçi" PFK Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar diləyir. Eyni zamanda, klub 44 yaşlı mütəxəssisə anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verir.
Klub Azərbaycan Premyer Liqası və Kubokunda yüksək nəticələr uğrunda mübarizə aparan "Neftçi" PFK bu dövrdə bütün azarkeşlərini dəstək olmağa, komandanın ətrafında sıx birləşməyə çağırır.
Xatırladaq ki, bu yay baş məşqçi postuna gətirilən Mutunun hələ ilyarımlıq müqaviləsi vardı.
- Roman Qriqorçuk "Neftçi"nin baş məşqçisi təyin olundu
- "Beşiktaş"dan seçki qərarı: Tarix bəlli oldu
- “Fənərbaxça”nın FCSB matçı üçün heyəti açıqlandı - Con Duran sürprizi
- Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
- Birinci Liqa: Azərbaycanda ilin son oyunları keçirilib - YENİLƏNİB