“Neftçi”də növbəti ayrılıq - RƏSMİ
09.10.2024 - 19:58
![“Neftçi”də növbəti ayrılıq - RƏSMİ](https://ww3.apasport.az/storage/news/2024/october/09/big/6706a8a5ad6186706a8a5ad61917284896376706a8a5ad6166706a8a5ad617.jpeg)
"Neftçi"də daha bir ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, klub futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.
Bunu "ağ-qaralar"ın mətbuat xidməti açıqlayıb. Kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, bu ilin yanvarında transfer olunan Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub.
0
0