![“Neftçi”dən 500-cü qələbə](https://ww3.apasport.az/storage/news/2023/march/13/big/640ecd0997ef3640ecd0997ef41678691593640ecd0997ef1640ecd0997ef2.jpg)
“Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, yubiley Misli Premyer Liqasının XXVI turuna təsadüf edib.
“Ağ-qaralar” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib. Bakılılar ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb.
Paytaxt təmsilçisi evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib. Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.
Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan ağdamlılar 505 dəfə rəqibini məğlub edib.