"Neftçi"dən antirekord
06.05.2024 - 11:11
!["Neftçi"dən antirekord](https://ww3.apasport.az/storage/news/2024/may/06/big/66387efb22ec366387efb22ec4171497855566387efb22ec066387efb22ec2.jpg)
"Neftçi" antirekordunu təkrarlayıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.
Bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb.
Qeyd edək ki, “Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə səfərdə ən çox qolu 2013/2014 mövsümündə buraxıb. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.
0
0