“Neftçi”dən ilk transfer - RƏSMİ
14.01.2025 - 19:45

"Neftçi" yaponiyalı futbolçu Ryonosuke Ohorini transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.
Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.
- Elvin Yunuszadə: "İmişli"nin məqsədlərinə çatmasına kömək olacam" - Müsahibə
- "Qarabağ" qış fasiləsinə lider yollandı - YENİLƏNİB
- "Əl İttihad" PSJ-nin yarımmüdafiəçisini transfer etməyə yaxındır
- "Zirə" - "Neftçi" oyununun hakimləri müəyyənləşib
- "Arsenal" və "Liverpul" 100 milyon avroluq oyunçu üçün mübarizə aparacaq
0
0