“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda "ağ-qaralar"a keçib. 29 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.
Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. O, Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib.
Son mövsümü Kiprin “Apollon" (Limassol) komandasında keçirən yarımmüdafiəçi 34 matçda meydana çıxıb. Futbolçu bir qola imza atdığı Benin millisi ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.
- "Mançester Siti"nin idman direktoru 12 il sonra klubdan ayrılır
- UEFA-dan Azərbaycan klublarına 146 min avro
- Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ
- Zlatandan Messiyə dəstək: "Sanki çiyinlərində qum torbası daşıyırlar"
- “Fənərbaxça”dan Kent qərarı - RƏSMİ