"Neftçi"dən "Qarabağ"a atmaca - VİDEO
07.10.2023 - 16:58
!["Neftçi"dən "Qarabağ"a atmaca - VİDEO](https://ww3.apasport.az/storage/news/2023/october/07/big/6521526dc6cfe6521526dc6cff16966826056521526dc6cfc6521526dc6cfd.jpg)
“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda qarşılaşacağı “Qarabağ”la oyundan öncə qarşı tərəfə atmaca atıb.
Apasport.az xəbər verir ki, “Ağ-qaralar”ın sosial şəbəkə hesablarında görüşlə bağlı anons videosu paylaşılıb.
“Bu şəhər bizimdir - “Neftçi”lilərin!”, - deyə paytaxt təmsilçisi Ağdam klubuna atmaca atıb.
Qeyd edək ki, oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək Azərbaycan derbisi saat 19:30-da başlayacaq.
0
0