“Neftçi”ni kubok oyununa Mutu çıxarmayacaq
21.12.2023 - 15:22
“Neftçi”nin baş məşqçisi Adrian Mutunun anası Rodika Mutu dünyasını dəyişib.
Klubdan apasport.az saytına verilən məlumata görə, bu üzdən də mütəxəssis vətəni Rumıniyaya gedib.
Azərbaycan Kubokunun 1/8 final çərçivəsində keçiriləcək “Neftçi” - “Qaradağ Lökbatan” matçına komandanı baş məşqçinin köməkçiləri çıxaracaq.
Qeyd edək ki, bugünkü qarşılaşma saat 18:00-da başlayacaq.
- Rəşad Sadıqov: "Çalışacağıq ki, Bakıya sərfəli nəticə ilə qayıdaq"
- Qurban Qurbanov: “Şanslarımız bərabərdir”
- Ennis Bardi: “Azərbaycanla görüş supersınaq olacaq”
- Vüsal İsgəndərli: "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim" - Müsahibə
- “Qarabağ” - “Çelsi” matçına 27250 bilet satılıb
0
0