“Neftçi”nin Boluda ikinci rəqibi dəqiqləşdi
08.07.2022 - 12:55
![“Neftçi”nin Boluda ikinci rəqibi dəqiqləşdi](https://ww3.apasport.az/storage/news/2022/july/08/big/62c7f10a0596262c7f10a05963165727053862c7f10a0595b62c7f10a0595f.jpg)
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin ikinci yoxlama görüşündəki rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi yerli “Sivasspor”la qarşılaşacaq.
Super Liqa klubu ilə matç iyulun 11-də baş tutacaq və Bakı vaxtı ilə saat 16:45-də start götürəcək. Laurentsiu Regekampf üçüncü sınaq matçının ayın 14-də keçirilməsini planlaşdırır. Lakin həmin görüş üçün rəqib hələ bəlli deyil.
Qeyd edək ki, “Neftçi” Türkiyə toplanışındakı ilk yoxlama görüşündə TFF I Liqa təmsilçisi “Sakaryaspor”la qollu heç-heçə (1:1) edib.
0
0