Ötən ilin yanvar ayında fəaliyyətə başlayan “Neftçi” Futbol Məktəbinin daha bir filialı açılır.
Apasport.az xəbər verir ki, məktəb Bakıxanov və Yasamal qəsəbələrindən sonra Qara Qarayev metrostansiyası yaxınlığında da fəaliyyət göstərəcək.
Yeni məktəbin ünvanı Özbəkistan küçəsi 1-də yerləşən “Amasiya” İdman Sağlamlıq Kompleksinin meydançasıdır.
Futbolun sirrlərini öyrənmək istəyən 6-14 yaşlı uşaqlar “Neftçi” Futbol Məktəbinə müraciət edə bilər. Məşqlər ödəniş əsasında həyata keçirilir. İlk məşq ödənişsizdir. Əlavə məlumat üçün bu nömrə – +994 51 937 19 37 ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, hazırda 100-ə yaxın futbolçusu olan "Neftçi" Futbol Məktəbi "Neftçi" Peşəkar Futbol Klubunun nəzdində fəaliyyət göstərir. Məşqlər Bakıxanov qəsəbəsində yerləşən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə və Yasamalda yerləşən "Sportster" meydançasında keçirilir. Məşq prosesində “Neftçi” Futbol Akademiyasının UEFA lisenziyasına malik məşqçiləri ilə yanaşı, inzibati və tibbi heyəti iştirak edir.
“Neftçi” Futbol Məktəbinin fəaliyyəti ilə sosial şəbəkələr vasitəsilə daha yaxından tanış ola bilərsiniz:
https://www.instagram.com/neftchifootballschool/
https://www.facebook.com/neftchifootballschool
- Françesko Kalzona: “Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir“
- Formula 1 Azərbaycan Qran Prisi: Sürət həvəskarları Pit zolağı gəzintisində - FOTO
- "Qarabağ"ın səfər oyununun biletləri satışda
- Boksçularımız Serbiyada beynəlxalq turnirdə iştirak edəcək
- “Çelsi” İngiltərənin ən bahalı transferini edə bilər