“Neftçi”nin heyətində ciddi itkilər
04.05.2025 - 09:53
“Neftçi” Misli Premyer Liqasının XXXIII turunda qarşılaşacağı “Kəpəz” klubu ilə matçın hazırlığını başa vurub.
Apasport.az xəbər verir ki, komandanın heyətində 5 itki var.
Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.
Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu bu gün saat 20:00-da başlanacaq.
- Oğlan boksçuların yarışında yarımfinalçılar, qızlarda ölkənin ən güclüləri bəlli oldu
- Miloş Velebit: “Azərbaycanda planlarımızın pozulması səbəbindən nəticə çatışmırdı” - MÜSAHİBƏ
- Gəncədə cüdo üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib
- La Liqa: “Selta” 3 xalı 3 qolla qazandı
- Super Liqa: “Antalyaspor” səfərdən 1 xalla dönür
0
0