“Neftçi”nin Əbu-Dabi təlim-məşq toplanışı davam edir. “Piramids”lə oyunun (1:1) ertəsi günü bərpa məşqi keçib istirahətə buraxılan “ağ-qaralar” bu gün baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında səhər məşqinə çıxıb.
Apasport.az xəbər verir ki, hazırlıq prosesinə Afrika Millətlər Kubokunda çıxışını başa vuran Benin milli komandasının düşərgəsindən qayıdan Sessi D’Almeyda da qatılıb.
Komanda toplanışa axşam məşqi ilə davam edəcək.
Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində sonuncu yoxlama oyununu yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək. “321 Sports Club” stadionunda təşkil olunacaq görüş həm yerli, həm də Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
- Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb
- Azərbaycan avarçəkənləri Avstriyada 5 medal qazanıblar
- “Mançester Yunayted” Erik ten Haqı yola salmağa hazırlaşır
- Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"