"Neftçi"nin legioneri milli komandasının düşərgəsinə getməyəcək
14.03.2024 - 12:28
!["Neftçi"nin legioneri milli komandasının düşərgəsinə getməyəcək](https://ww3.apasport.az/storage/news/2024/march/14/big/65f2b60cb6dfa65f2b60cb6dfb171040513265f2b60cb6df865f2b60cb6df9.jpg)
"Neftçi”nin futbolçusu Alfa Kontenin şərəfini qoruduğu Syerra Leone milli komandasının Sudan və Botsvana yığmaları ilə martın 22-də və 25-də keçirməli olduğu yoldaşlıq oyunları ləğv olunub.
Bu barədə apasport.az-a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.
Səbəb Sudan və Botsvana yığmalarının bu matçlardan imtina etməsidir. Buna görə də Konte milli komandanın düşərgəsinə yollanmayacaq.
0
0