“Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşdi
03.06.2022 - 16:03
![“Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşdi](https://ww3.apasport.az/storage/news/2022/june/03/big/6299f8b32443a6299f8b32443b16542578436299f8b3244356299f8b324438.jpg)
“Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, yığıncaq iyunun 8-nə təyin olunub.
Tədbir klubun inzibati binasında təşkil olunacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Hesabatların dinlənilməsi.
2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
4. Növbəti mövsümün büdcəsi.
5. Digər məsələlər.
Qeyd edək ki, Müşahidə Şurasının iclasının başlanma saatı dəqiqləşməyib.
0
0