“Neftçi”nin rəsmi mağazası “Gənclik Mall”da fəaliyyətə başlayıb
05.10.2025 - 18:40
“Neftçi”nin rəsmi mağazası bundan sonra “Gənclik Mall”da yerləşən “GO Sport”da da fəaliyyət göstərəcək.
Apasport.az xəbər verir ki, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.
Tədbirdə klub rəhbərliyi ilə yanaşı, komandanın futbolçuları – Emin Mahmudov, Mustafa Sek və Falaye Sako da iştirak ediblər.
Sevimli komandalarının üzvləri ilə imza günü keçirmək imkanı qazanmış azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər.
Açılışa qatılan qonaqlara isə klub tərəfindən xüsusi hədiyyələr təqdim olunub.
- Paris-2024: 55 yaşlı rekordçunun hekayəsi
- Ozan Can Kökçü: "Helsinki" ilə müqavilə imzaladığım üçün xoşbəxtəm" - Açıqlama
- Azərbaycan Qran-prisi ABŞ-da rekord tamaşaçı auditoriyası qazanıb
- Sabiq “Xəzər Lənkəran”lı: “Olimpiakos” artıq xal qazanmalıdır”
- “Qalatasaray” İtaliya millisinin futbolçusunu gətirir
0
0