![“Neftçi”nin şikayəti təmin edilmədi](https://ww3.apasport.az/storage/news/2024/april/26/big/662b57f772ba0662b57f772ba11714116599662b57f772b9e662b57f772b9f.jpg)
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətin təmin etməyib.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanski "Sumqayıt-2" ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması və komandanın 300 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 20 yaşlı futbolçu Əvəzedicilər Liqasının XXIX turunda "Sumqayıt"a 1:3 hesabı ilə məğlub olduqların matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.