"Neftçi"nin yoxlama oyunundakı rəqibi bilindi
23.03.2023 - 21:10
!["Neftçi"nin yoxlama oyunundakı rəqibi bilindi](https://ww3.apasport.az/storage/news/2023/march/23/big/641c8947ee207641c8947ee2081679591751641c8947ee205641c8947ee206.jpg)
"Neftçi" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirəcək.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” “Qəbələ” ilə qarşılaşacaq.
Bu matç martın 25-də baş tutacaq. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində təşkil olunacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf "Qalatasaray"la oyun üçün "Qarabağ"a futbolçu verməyəcəklərini, özlərinin də yoxlama matçının olduğunu açıqlamışdı.
0
0