Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilindi - FOTO
28.12.2022 - 23:57

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilinib.
Onun şəxsi məşqçisi Şəhriyar Abbasovun apasport.az-a verdiyi açıqlamaya görə, Nəriman növbəti döyüşünü martın 18-də keçirəcək.
Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşıdurması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq. Döyüş Nazia Fighting Championship təşkilatı çərçivəsində baş tutacaq.
Qeyd edək ki, "Noqay" ləqəbli Fanil Rafikov 21 dəfə qalib gəlib, 6 döyüşdə uduzub. "Bayraktar" ləqəbli Nəriman Abbasov isə 28 döyüşdə qələbə qazanıb, 4 dəfə məğlub olub.
Səbuhi Musa
- Dünya və Avropa çempionu Pikenin təşkil etdiyi turnirdə çıxış edəcək
- İşğaldan azad olunmuş kənddə cüdo bölməsi fəaliyyətə başladı
- Emin Mahmudov: “Mənə ikinci dərəcəli futbolçu kimi baxırlar”
- 2022-ci ilin bombardirləri açıqlandı: Kadi Borqes dünya ulduzlarını qabaqlayır
- "Araz-Naxçıvan" Super Liqa təmsilçisinə qarşı
0
0