Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, Nicat Abasov 38 pillə irəliləyib.
Bakıda keçirilən Dünya Kubokunda uğurlu çıxış Nicatın reytinq cədvəlindəki mövqeyinə önəmli təsir edib. Qrossmeyster 59-cu yerdə qərarlaşıb.
Təmsilçilərimizdən ən yüksək yerə Şəhriyar Məmmədyarov 16-cı pillədə yer alıb. Hesabında 2734 xal olan Şəhriyar 3 pillə geriləyib. Teymur Rəcəbov 2745 xalla Məmmədyarovdan bir pillə geri qalır.
Qeyd edək ki, reytinqə Dünya Kubokunun qalibi Maqnus Karlsen (2839) başçılıq edir. Bakıdakı turnirdə bürünc mükafatı qazanan Fabiano Karuana (2786) ikinci, ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura (2780) üçüncü yerdə qərarlaşıb.
- “Zirə” “Səbail”ə qalib gəldi, "Qəbələ" "Neftçi"ni məğlub etdi - YENİLƏNİB
- "Turan Tovuz" gürcü legionerlərindən birini göndərdi
- Renat Dadaşov: Almaniya Millisindən Azərbaycana
- Qazaxıstan Futbol Federasiyasından Azərbaycana dəstək paylaşımı
- “Lex”in yeni baş məşqçisi: “İlk sınağımız “Qarabağ”la olacaq”